Bakı metrosunda "skuter" sürən gənc həbs edildi - VİDEO
    • 8-01-2024, 16:29
    • 157

Bakı metrosunda "skuter" sürən gənc həbs edildi - VİDEO

Bakıda metrosunun vaqonunda "skuter" sürüb, sosial şəbəkədə paylaşmaq istəyən şəxs həbs edilib. 

News24.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, hadisə metronun "Azadlıq" stansiyasında qeydə alınıb. 

Belə ki, 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş Fərid Əkbərov (ad-soyad şərti) axşam 22.00 radələrində metronun "Azadlıq" stansiyasında qatarın içərisində dostuna məxsus "skuter"i sürüb vaqondakı sərnişinləri narahat edib. Sosial şəbəkədə paylaşmaq bu hadisə dostu tərəfindən videoya çəkilib. 

Həmin şəxs yanvarın 7-də inzibati saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə Fərid Əkbərov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 gün müddətə inzibati qaydada həbs edilib.