Azər Aydəmirə vəzifə verildi
    • 8-01-2024, 17:16
    • 321

Azər Aydəmirə vəzifə verildi

O, Azəraycanda 11 ildir fəaliyyət  göstərən “ArtBakers” reklam şirkətinə baş direktor vəzifəsinə təyin edilib.

News24.az bildirir ki, bu barədə Lent.az-a Azər Aydəmir özü məlumat verib.

Bildirib ki, şirkətin təsisçisi prodüser Nicat Xəlilovdur.

“Şirkət fəaliyyətini genişləndirərək, bundan sonra reklam fəaliyyəti ilə yanaşı, film çəkilişləri ilə də məşğul olacaq. Hesab edirik ki, artıq dövlətlə yanaşı özəl şirkətlər də maraqlı bədii filmlərin yaradılmasında iştirak etməlidir.

Hədəfimiz bu canlanmaya nail olmaqdır. İldə 2-3 film təqdim edəcəyik. Fəaliyyətimiz geniş sahələri idarə edəcək və tezliklə bizim adımızı çox eşidəcəksiniz. İddialı gəlirik. Ölkə gündəminə bomba kimi düşən layihələrlə qarşınıza çıxacağıq. 

“ArtBakers”in ilk qısametrajlı bədii filmi “Viktoriya” idi, bu film cəmiyyətdə tanındı və vizit kartımız oldu. Tanınmış və istedadlı insanlarla yaxşı məhsul ortaya qoymağa hazırıq.  Biz heç kimə bənzəməməkdə iddialıyıq ”, - aktyor bildirib.