""Darıxdım" sözündən də küsdüm"
    • 9-01-2024, 09:47
    • 331

""Darıxdım" sözündən də küsdüm"

“Vida sözüm qalıb… Bir tərəfdən istəyirəm onu da deyim, nöqtə qoyum, digər tərəfdən amma dilim gəlmir, nöqtə qoysam geri dönüş olmayacaq… Mən ayrılıqları sevmirəm axı… Mən ayrılıqlardan qorxuram axı… Mən vidalaşmağı bacarmıram… Mən vidalaşmağa hazır deyildim axı… Deyəcəksiz ki, vidalaşmağa heç kim hazır olmur. Özü də həmişəlik vidalaşmağa…”

News24.az xəbər verir ki, bus sözləri aparıcı Leyla Quliyeva xərçəngdən vəfat edən Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşımında yazıb.

“Ağırdır, Aygün xanım. Şəkillərə baxıb, səsinizi xəyalən eşitmək, danışıqlarımızı yada salmaq çox ağırdır. Bəlkə Sizdən küssəydim belə yandırmazdı? Küsməyə haqqım da var - biz belə danışmamışdıq! Qonaq gələcəkdiz axı bizə… Düz eləmədiz! Küsdürdüz məni. Tut ağacından da, həkimlərdən də, Şuşa laylasından da, “Darıxdım” sözündən də küsdüm. Barışmaq üçün gərək qucaqlaşaq… Şəkildəki kimi… Heyf ki, şəkilləri qucaqlamaq olmur, yoxsa nə var idi ki? Hələ ki, nə əlim Sizə çatır, nə boyum… Onsuz da Siz həmişə yüksəkdə idiniz. İndi lap ucaldınız. Haqqa qovuşacaq qədər! Tarixə çevriləcək qədər! Yeriniz behişt olsun! Vaxtı gələr, görüşərik!…” – deyə L.Quliyeva qeyd edib.