Məşhur mafioz həbsxanadan yoxa çıxdı: Ölkə təşvişdə... - FOTO
    • 9-01-2024, 15:47
    • 227

Məşhur mafioz həbsxanadan yoxa çıxdı: Ölkə təşvişdə... - FOTO

Ölkə prezidentliyinə namizədi qətlə yetirməkdə şübhəli bilinən cinayətkar dəstənin lideri Ekvador həbsxanasının kamerasından yoxa çıxıb.

News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Mafiozun yoxa çıxması ilə əlaqədar olaarq Ekvadorda iki ay müddətinə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Fito ləqəbli Adolfo Macias Villamar 12 il həbsdə olub və eyni zamanda güclü mafiya qrupuna “Los Choneros” (“Çone şəhərinin adamları”) başçılıq edib. 

Ekvador Prezidenti Daniel Noboa 60 gün müddətinə fövqəladə vəziyyətlə yanaşı ictimai toplantılara müvəqqəti qadağa və komendant saatı da daxil edib. Prezidentin sözlərinə görə, fövqəladə vəziyyət hərbçilərə və polisə ölkə həbsxanalarını birbaşa nəzarətə götürməyə imkan verəcək.

“Biz terrorçularla danışıqlar aparmayacağıq və ölkədə sülhü bərpa edənə qədər dincəlməyəcəyik”, - deyə ölkə prezidenti qeyd edib. Fitonun qaçdığı və ya böyük həbsxana kompleksində haradasa gizləndiyi hələ məlum deyil. Polis də Fitonun kameradan dəqiq nə vaxt yoxa çıxdığını bilmir. 

Nəzrin