Polisdən ƏMƏLİYYAT: saxta dollar satan dəstə saxlanıldı - VİDEO
    • 9-01-2024, 16:46
    • 140

Polisdən ƏMƏLİYYAT: saxta dollar satan dəstə saxlanıldı - VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə  şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əskinazlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta əskinasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.