Fransanın yeni Baş naziri məlum oldu
    • 9-01-2024, 18:10
    • 237

Fransanın yeni Baş naziri məlum oldu

Qabriel Attal Fransanın yeni Baş naziri təyin edilib. 

News24.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müvafiq qərarı Fransa prezidenti Emmanuel Makron verib. Yanvarın 8-də dövlət başçısı 2022-ci ilin mayından baş nazir vəzifəsini icra edən Elizabet Bornu vəzifəsindən azad edib və Qabriel Attalı Fransanın yeni baş naziri təyin edib. Bununla da Attal Fransa tarixində ən gənc Baş nazir olub. 

Qeyd edək ki, 34 yaşlı Attal təhsil naziri olub.