Xamenei seçkilərə qatılmayanları təhdid etdi
    • 9-01-2024, 22:30
    • 233

Xamenei seçkilərə qatılmayanları təhdid etdi

İranın ali dini lideri Əli Xamenei seçkilərdə iştirak etməyən vətəndaşları təhdid edib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, o, bu barədə bu gün Qum şəhərindən olan bir qrup şəxslə görüşündə deyib.

"Düşmənin strateji siyasəti vətəndaşları seçkilərdən uzaq saxlamaqdır. Seçikərdə iştirak etməmək düşmənə xidmət etməkdir", - Xamenei bildirib.

Qeyd edək ki, siyasi qruplaşmalar və müxalif cərəyanlar martın 1-də İranda keçiriləcək parlament seçkilərində iştirak etməməyə çağırıb.

Müstəqil mərkəzlərin keçirdiyi rəy sorğularının nəticələrinə görə, 12-ci parlament seçkilərində vətəndaşların iştirakı ən aşağı səviyyədə olacaq.