Elxan Səmədovun son durumu açıqlandı
    • 10-01-2024, 13:44
    • 408

Elxan Səmədovun son durumu açıqlandı

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.

News24.az bildirir ki, bu barədə "Report"a PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

O, qurumun rəhbərinin yanvarın 8-dəki əməliyyatının uğurlu alındığını söyləyib: "Hər şey daha yaxşı olacaq. Sadəcə, zamana ehtiyac var. Yavaş-yavaş bərpa ediləcək".

Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin bərpa prosesi keçdiyini bildirib. O, öz durumunun da yaxşı olduğunu və artıq iki gündür işə çıxdığını sözlərinə əlavə edib.

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.