Ombudsman Aparatının yeni saytının təqdimatı oldu - VİDEO
    • 10-01-2024, 15:22
    • 249

Ombudsman Aparatının yeni saytının təqdimatı oldu - VİDEO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının yeni saytının təqdimatı olub. 

News24.az xəbər verir ki, yenilənmiş versiyada bölmələrin sayı artırılıb, maarifləndirici tədbirlərin onlayn keçirilməsi imkanı artırılıb.

Ombudsman Aparatının sektor müdiri İnsaf Nəsirov bildirib ki, ombudsman təsisatının yeni internet saytının yaranma məqsədi ilk növbədə Ombudsmanın fəaliyyəti ilə bağlı informasiyanın, eləcə də insan hüquqları sahəsində yeniliklərin ictimaiyyətə daha operativ şəkildə çatdırılmasıdır. 

Onun sözlərinə görə, layihənin ərsəyə gəlməsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin mütəxəssisləri iştirak edib. 

"Saytın rəsmi dili Azərbaycan dili olsa da, İngilis dilli versiyası da istifadəyə verilib. Azərbaycan dilindəki versiyada olan kontentin tərcüməsi və yerləşdirilməsi müvafiq şöbənin əməkdaşları tərəfindən həyata keçirilir. Sayt ümumilikdə səkkiz hissədən ibarətdir. Saytın əsas səhifəsində "Axtarış" və "Dil seçimi" bölmələri yerləşdirilib. İkinci hissədə Ombudsman Aparatının sosial şəbəkə hesablarına keçid imkanları mövcuddur. Saytın əsas səhifəsində yerləşdirilən "Slayd" bölməsində aktual xəbərlər yerləşdirilib. Yenilənmiş saytdan həm kompüter, həm mobil telefon, həm də planşet vasitəsilə istifadə etmək mümkündür. Saytda həmçinin Ombudsman Aparatı ilə bilavasitə əlaqə imkanı da yaradılıb. Saytın "Müvəkkil" hissəsində ombudsman barədə məlumat, eləcə də foto və videomateriallar yerləşdirilib. Saytda həmçinin müvəkkil fəaliyyətinin hüquqi əsaslar, müvəkkilin aparatı, onun keçirdiyi  tədbirlər barədə məlumatlar əksini tapacaq. Sayt vasitəsilə həmçinin canlı yayım da təşkil etmək mümkün olacaq. Canlı yayımlar zamanı istənilən vətəndaş onu maraqlandıran sualları real vaxt rejimində verərək, ona cavab ala bilər".


Fərid Azəri