Rusiya - Ukrayna müharibəsində nə qədər dinc sakin həlak olub? - BMT AÇIQLADI
    • 11-01-2024, 15:34
    • 197

Rusiya - Ukrayna müharibəsində nə qədər dinc sakin həlak olub? - BMT AÇIQLADI

2022-ci ili fevralında başlayan Rusiya - Ukrayna müharibəsindən bəri 10200-dən çox dinc sakin həlak olub. 

News24.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Departamentinin direktoru Edem Vosornu bildirib.

Məlumata görə, dekabrın sonunda Rusiya hava qüvvələrinin gücləndirdiyi hava hücumlarından sonra 125 mülki şəxs həlak olub, 550-dən çox mülki şəxs isə yaralanıb.

Məlumatda o da qeyd edilib ki, Ukraynada müharibə qurbanlarının faktiki sayı qeydə alınan rəqəmlərdən xeyli çoxdur.

Həmçinin müharibə başlayandan bəri təxminən 6,3 milyon ukraynalı başqa ölkələrə qaçıb. Onların təxminən 5,9 milyonu Avropa ölkələrində məskunlaşıb. Ukraynada 3,7 milyona yaxın məcburi köçkün var.

Qumral