Ukraynada 8 mindən çox dinc sakin ölüb - BMT
    • 21-02-2023, 21:59
    • 205

Ukraynada 8 mindən çox dinc sakin ölüb - BMT

Ukraynada müharibə başlayandan 8 mindən çox dinc sakin ölüb, 13 mindən çox insan yaralanıb.

Bu barədə BMT-nin hesabatında qeyd olunub.

BMT-dən bildirilib ki, bu rəqəm yalnız sənədləşdirilmiş ölümləri ehtiva edir, real rəqəm daha böyükdür.

Məsələn, Mariupolda həlak olanlarla bağlı heç bir məlumat yoxdur. /Teleqraf/