-
- 11-01-2024, 22:48
- 268
"Qalatasaray" - "Fənər" matçı Qarabağda keçirilsin - Akçıl
Türkiyənin tanınmış müğənnisi Sinan Akçıl Superkubok uğrunda “Qalatasaray” və “Fənərbağça” klubları arasında oynanılacaq matçın Qarabağda keçirilməsini təklif edib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, 41 yaşlı sənət adamı bu barədə Türkiyənin “Haber Global” televiziyasında yayımlanan verilişdə deyib.
O bildirib ki, qarşılaşma ölkə xaricində oynanılacaqsa, ən yaxşı variant Qarabağdır:
“Düşünürəm ki, “Qalatasaray” - “Fənərbağça” görüşü orada böyük marağa səbəb olacaq. Bu məsələ müzakirə olunmalıdır”.
Verilişin aparıcısı Buket Aydın da müğənninin təklifə dəstək verib.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı bəzi çatışmazlıqlar səbəbindən təxirə salınıb.