"Husilər hücumları davam etdirəcək" - Husilərin sözçüsü
    • 12-01-2024, 11:56
    • 169

"Husilər hücumları davam etdirəcək" - Husilərin sözçüsü

"Hücumlar yalnız İsrail gəmilərinə və işğal olunmuş Fələstinin limanlarına hərəkət edən gəmilərə edilib və ediləcək”.

News24.az xəbər verir ki, bunu husilər hərəkatının sözçüsü Məhəmməd Əbdülsalam mediaya açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, Yəmənə qarşı təcavüzün heç bir əsası yoxdur, çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik üçün təhlükə yoxdur. Eyni zamanda Yəmən husiləri ABŞ və Böyük Britaniyanın hava hücumlarına baxmayaraq, Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə zərbələr endirməkdən əl çəkməyəcəklərini bildiriblər.



Qumral