-
- 12-01-2024, 14:53
- 598
At uşağın kəllə sümüyünü sındırdı - FOTO
Buryatiyada at 9 yaşlı uşağın kəllə sümüyünü sındırıb.
News24.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.
Həkimlər bildirib ki, 2023-cü ilin dekabrında uşaq baş ağrısı ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı məlum olub ki, oğlanın başına at təpik vurub. Həkimlər uşağın kəllə sümüyünün sınığı olduğundan şübhələniblər və bu, MRT müayinəsi ilə təsdiqlənib. Müayinə zamanı sümük parçalarından birinin göz almasının bir millimetr yuxarıda yerləşdiyi və perforasiya riskinin yüksək olduğu müəyyənləşib.
Həkimlər oğlan üzərində təcili əməliyyat keçiriblər, bu zaman onlar yad cisimləri (sümük parçaları) çıxarıblar.
Bununla da, uşağın gözünü və görmə qabiliyyətini qoruyub saxlayıblar.
Nəzrin