-
- 12-01-2024, 17:22
- 420
800 ağacı kəsilməkdən xilas edən Kapital Bank - FOTO
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov paylaşımı ilə diqqət çəkib. O bildirib ki, ötən il Kapital Bank bank əməliyyatları zamanı elektron sənədləşmə sayəsində 8 milyona yaxın A4 kağıza qənaət edib. Beləliklə, 800 ağac kəsilməkdən xilas edilib. Bu addımla həm də 80 milyon litrə yaxın suya qənaət edilib.
Bu barədə daha ətraflı Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov rəsmi "Facebook" hesabında paylaşım edib.
Fərid Hüseynov sözügedən paylaşımda bildirib ki, bank yaşıl bankçılıq sahəsində bu il də addımlar atmağı planlayır:
"Bütün biznes sahələri kimi bank sahəsinin də yaşıl transformasiya dövründə olduğunu görmək çox xoşdur. Bir vaxtlar bank əməliyyatlarının əsas hissəsi olan kağızdan istifadə sürətlə azalır və biz bu addımlarla qlobal tendensiyanın bir hissəsinə çevrilirik. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının statistikası göstərir ki, son iki ildə Avropada kağız və karton istehsalı 2,7% azalaraq 90,1 milyon tona düşüb. Bu tendensiya təkcə Avropa ilə məhdudlaşmır, bütün dünyada sürətlə yayılır. Çünki dünyanın dəyişməyə ehtiyacı var. Biz də Kapital Bank olaraq rəqəmsallaşmaya böyük önəm verərək bu prosesə dəstək oluruq. Təkcə ötən il bank əməliyyatları zamanı elektron sənədləşmə sayəsində 8 milyona yaxın A4 kağıza qənaət etmişik, yəni kəsiləcək 800 ağacı təbiətə qazandırmışıq. 1 A4 kağızının istehsalında 10 litrə yaxın su sərf edildiyini düşünsək, bu həm də 80 milyon litrə yaxın suya qənaət deməkdir. Dünyada istifadəçi sayı sürətlə artan ekoloji təmiz avtomobillərin əldə edilməsi üçün önəmli endirim imkanları yaratdığımızı da vurğulamadan keçmək olmaz".
F. Hüseynov vurğulayıb ki, dünyanın bu tendensiyasına dəstək təkcə fərdi deyil, həm də qlobal məsuliyyətdir: "2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir. Bankımızın yaşıl bankçılıq istiqamətindəki fəaliyyətinin davamı olaraq bu təşəbbüsü dəstəkləyir, bu il də yeni addımlar atmağı planlayırıq", - deyə idarə heyətinin sədri fikrini yekunlaşdırıb.