“Kapital Bank”da süni intellektdən istifadə OLUNACAQ
    • 8-12-2023, 12:07
    • 310

“Kapital Bank”da süni intellektdən istifadə OLUNACAQ

“Kapital Bank” süni intellektdən istifadə etməyi planlaşdırır. 

News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı deyib. 

Onun sözlərinə görə, hazırda bu, sınaq mərhələsindədir:

“Müştərilərin suallarını cavablamaq üçün süni intellüktdən istifadə edirik. Hələ bu sınaq mərhələsindədir. Az bir qismə tətbiq olunur. Bundan sonra müştərilərin suallarını saniyələr içərisində cavablayacağıq. Bu həm müştəri məmmnuniyətini artıracaq, həm də işçilərin işini asanlaşdıracaq”. 

Fərid Hüseynov əlavə edib ki, plastik kartların istiadəsi azalıb.

Qumral Əliyeva