""Kapitalbank" 100 milyon manata yaxın mənfəəti müştərilərlə paylaşıb" - Fərid Hüseynov
    • 8-12-2023, 12:04
    • 450

""Kapitalbank" 100 milyon manata yaxın mənfəəti müştərilərlə paylaşıb" - Fərid Hüseynov

“Kapital Bank” bu il mənfəətini daha çox müştərilərlə bölüşüb. 

News24.az xəbər verir ki, bunu “Kapital Bank”ın idarə heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bankın cari il və növbəti dövr üçün hesabatı zamanı “Kapital Bank” ın mənfəətlərinin azalması məsələsinə aydınlıq gətirərkən deyib. 

Onun sözlərinə görə, “Kapital Bank” həm özü, həm də partnyorlarla birgə keşbek və ƏDV kimi layihələrlə 100 milyon manata yaxın mənfəəti müştərilərlə paylaşıb. 

Fərid Hüseynov əlavə edib ki, qarşıdakı illərdə də bu tendensiyanı davam etdirməyi planlaşdırır.

Qumral Əliyeva