-
- 12-04-2019, 18:58
- 727
Saray qəsəbəsinin icra başçısından arzuolunmaz addım - Toyu olacaq cütlüyün evini sökdürdü - FOTO
Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin evini uçurdublar, yerlə-yeksan ediblər.
News24.az-ın verdiyi məlumata görə bu barədə jurnalist İlkin Pirəli sosial şəbəkədə məlumat verib.
Dağıldılmış evin görüntülərini paylaşan jurnalist sabah gəlin gələcək gəlinin cehizlərinin - qablarının və divanın qırıldığını qeyd edib. Evin uçurulmasına sənədlərin qaydasında olmadığı əsas gətirilib. Evi dağıdılan ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar.
İ.Pirəli deyir ki, ev Abşeronun icra başçısı İradə Gülməmmədovanın tapşırığı ilə uçurdulub:
"Ailə 1999-cu ildən həmin evdə yaşayır və sənədlər də qaydasındadır. Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir. Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!" - jurnalist əlavə edib.