Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ
    • 18-12-2019, 19:43
    • 664

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ

Sabah saat 11:30-dan 14:00-a qədər Abşeron rayonunun Saray qəsəbəsinin bəzi ərazilərinin (badam bağları), eləcə də Novxanı qəsəbəsinin bir hissəsinin elektrik enerjisi təchizatında qısamuddətli fasilə yaranacaq.

Bunu News24.az xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, fasiləyə səbəb Sumqayıt 110/35/10 kVt-luq yarımstansiyasından çıxan və Saray qəsəbəsinin bəzi ərazilərini qidalandıran iki dövrəli 10 kVt-luq “Saray 3” və “Saray 8” xətlərində aparılan yenidənqurma işləridir. /trend/