Bakının bu yolunda sürət daha 20 km/saat endirildi
    • 13-01-2024, 22:42
    • 164

Bakının bu yolunda sürət daha 20 km/saat endirildi

Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat endirilib. 

Bu barədə News24.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında “Güclü külək” və "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.