Bakıda sexdə partlayış olub, 15 təcili yardım briqadası cəlb edilib - YENİLƏNİB
    • 15-01-2024, 12:43
    • 371

Bakıda sexdə partlayış olub, 15 təcili yardım briqadası cəlb edilib - YENİLƏNİB

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Bu barədə News24.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.


***

12.09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.