-
- 15-01-2024, 13:03
- 190
Bu yollarda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 13-də küləkli və qarlı hava şəraiti ilə əlaqədar bu yollarda sürət həddi 40 km/saata endirilmişdi.