İranda saxlanılan jurnalistlər sərbəst buraxıldı
    • 15-01-2024, 13:50
    • 270

İranda saxlanılan jurnalistlər sərbəst buraxıldı

İranda “ABŞ ilə əməkdaşlıq etmək”, “Ölkənin təhlükəsizliyinə qarşı cinayətlər törətmək üzrə fəaliyyət göstərmək” və “Rejim əleyhinə təbliğat aparmaq” ittihamları ilə həbs cəzasına məhkum edilən və İranda saxlanılan jurnalistlər Elahe Muhammedi və Nilüfer Həmidi azad edilib.

News24.az xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

Qeyd edək ki, onlar  Tehran İnqilab Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilmişdilər.

Aynurə