Qadın mağazada ölü tapıldı
    • 15-01-2024, 13:59
    • 444

Qadın mağazada ölü tapıldı

Türkiyənin Sinop bölgəsində qadın işlədiyi mağazada ölü tapılıb.

News24.az bildirir ki, hadisə səhər saat 09:00 radələrində İncedayı rayonu, 1 saylı küçədə baş verib. 

Əldə edilən məlumata görə, Selma Erdem avtomobillə iş yerinə gəlib.

Lakin mağazaya gələn məhəllə sakinləri Erdemi hərəkətsiz vəziyyətdə tapıblar. 

Onun ölüm səbəbi aparılan araşdırmadan sonra müəyyənləşəcək.

Aynurə