Bakıda bağ evində şok hadisə - Bağbanın meyiti hamamda tapıldı
    • 6-03-2023, 12:40
    • 177

Bakıda bağ evində şok hadisə - Bağbanın meyiti hamamda tapıldı

Bakı şəhər Xəzər rayonu Zirə qəsəbəsində yerləşən bağ evində meyit tapılıb.

News24.az əldə etdiyi məlumata görə, hadisə ötən gecə saat 23 radələrində baş verib. Ev sahibi Ə.Hüseynov mənzilə gəlib və bağ evinin bağbanı işləyən Türkan qəsəbə sakini, 1985-ci il təvəllüdlü Vüsal Nəcəfovun hamam otağında öldüyünü görüb.
Bağbanın üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Onun ölüm səbəbinin müəyyən edilməsi məqsədilə zəruri ekspertizalar təyin edilib. 

Taleh BAĞIROV