-
- 15-01-2024, 17:35
- 198
SEPAH-ın kəşfiyyat korpusunda korrupsiya faktı üzə çıxdı - FOTO
“İran İnternational” kanalı SEPAH-ın Kəşfiyyat İdarəsinin müstəntiqlərinin iqtisadi korrupsiyada ittiham olunan şəxslərdən külli miqdarda rüşvət aldığını göstərən sənəd əldə edib.
News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Həmin sənədə əsasən, SEPAH-ın Kəşfiyyat Təşkilatının üzvü Edabi kimi tanınan Məhəmmədmehdi Badi Rəsul Danyalzadə adlı şəxsdən 400 min dollar və 60 min avro rüşvət alıb.
Məlumata görə, Rəsul Danyalzadə İranın bank sisteminə 4 trilyon borcu olan əsas borclulardan biridir.
Aynurə