Polşa öz ərazisində alman qoşunları yerləşdirəcək
    • 15-01-2024, 19:00
    • 209

Polşa öz ərazisində alman qoşunları yerləşdirəcək

Polşa öz ərazisində alman hərbi birləşmələrinin yerləşdirilməsinə razılıq verdi.

News.24.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Anjey Şeyna deyib.

“Müharibə şərq sərhədlərimizdən kənarda olduqda, müttəfiqlərimizin istənilən köməyi və əməkdaşlığı xoş olar. Almanlar Litvada olduğu kimi Polşada da NATO-nun şərq cinahını gücləndirmək istəyirlərsə, xoş gəlmisiniz!” – deyə Şeyna bildirib.

O, Almaniyanı Polşanın ən mühüm iqtisadi tərəfdaşı adlandırıb və bunun siyasi münasibətlərdə də özünü göstərməli olduğunu bildirib. Şeyna yaxın vaxtlarda Almaniya və Fransadan olan həmkarları ilə görüş keçirəcəyini açıqlayıb.

Qeyd edək ki, hazırda Polşa ərazisində 10 minə yaxın Amerika əsgəri yerləşdirilib.

Mehriban Mirzəzadə