-
- 16-01-2024, 14:03
- 233
Baş nazir və müdafiə naziri haqqında flaş iddia: Bir-birləri ilə danışmırlar
İsrailin əsas müxalifət lideri Yair Lapid baş nazir Benyamin Netanyahu ilə İsrailin müdafiə naziri Yoav Gallantın bir-biri ilə danışmadıqlarını bildirib.
News24.az xəbər verir ki, Haaretz qəzetində yer alan xəbərə görə, keçmiş baş nazir, müxalifətdə olan Yeş Atid (Gələcək var) Partiyasının lideri Lapid partiyasının iclasında Netanyahu hökumətini tənqid edib.
Lapid bildirib ki, kabinet iclasları “heç bir yerə aparmayan çəkişmələr, döyüşlər və müzakirələr üçün utancverici bir arena” kimi istifadə olunub.
Nazirlərin ordu komandirlərinə qarşı "təxribat xarakterli hərəkətlər" törətdiklərini bildirən Lapid, baş nazir Netanyahu və müdafiə naziri Gallantın bir-biri ilə danışmadıqlarını qeyd edib.
Nəzrin