-
- 16-11-2023, 12:33
- 144
Netanyahu istefeya çağırıldı: "dərhal tərk et, hökumət işləmir"
İsrail parlament müxalifətinin lideri ,Yeş Atid partiyasının rəhbəri Yair Lapid ölkənin hazırkı baş naziri Binyamin Netanyahunu HƏMAS-ın məhv edilməsi əməliyyatının bitməsini gözləmədən vəzifəsini tərk etməyə çağırıb.
News24.az xəbər verir ki, o, bu barədə “N12” telekanalının efirində bildirib.
“Netanyahu dərhal istefa verməlidir. Dəyişikliyə ehtiyacımız var, O, baş nazir olaraq qala bilməz”, - deyə Lapid bildirib.
Onun fikrincə, İsrail əhalinin etimadını itirmiş baş nazirin rəhbərliyi altında uzunmüddətli kampaniya apara bilməz: “Bu hökumət işləmir”.
Ayşən