-
- 16-01-2024, 15:09
- 249
“Cənubi Koreya 1 nömrəli düşmən...” – KİM ÇEN IN OD PÜSKÜRDÜ
“Cənubi Koreya 1 nömrəli düşmən elan edilməlidir”.
News24.az “Yonhap” Agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib. O bildirib ki, müharibə olacağı təqdirdə ölkəsinin qarşısında cənubun işğalı prioriteti qoyulmalıdır.
Şimali Koreya rəhbərinin sözlərinə görə, Сənubi Koreyanın düşmən olduğu konstitusiyada da əks olunmalıdır.
Kim Çen In Müharibə olacağı təqdirdə nüvə silahından istifadə məsələsinə də toxunub. Bildirib ki, nə o, nə də ölkəsi müharibədən çəkinir:
“Rəsmi Seul hava və su sərhədlərimizə hücum etsə, bunu bilavasitə müharibəyə təhrik etmək kimi dəyərləndirəcəyik” – SİTATIN SONU.
Şimali Koreyanın rəhbəri həmçinin ölkə ərazisində bir zamanlar iki dövlətin dostluğu şərəfinə quraşdırılan simvolikanın sökülməsinə göstəriş verib.
Fərid Azəri