Bu ölkənin nüvə silahı planı dünyanı TƏŞVİŞƏ SALDI
    • 30-10-2023, 15:23
    • 382

Bu ölkənin nüvə silahı planı dünyanı TƏŞVİŞƏ SALDI

Şimali Koreyanın nüvə silahı planlarının Cənubi Koreya və ABŞ üçün təhdid yarada biləcəyi iddia edilib.Bununla bağlı Cənubi Koreyada yerləşən Asan Siyasət Araşdırmaları İnstitutu hesabat dərc edib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Şimali Koreya lideri Kim Çen 2030-cu ilə qədər mümkün olan ən azı 300-500 nüvə silahından ibarət bir qüvvə yaratmağı planlaşdırıb.

Şimali Koreyanın nüvə silahından ABŞ-ın Cənubi Koreya ilə əməkdaşlığını pozmaq və ABŞ-ı təhdid etmək üçün istifadə etməyə çalışdığı iddia edilib.

Şimali Koreyanın 2006, 2009, 2013, 2016 və 2017-ci illərdəki nüvə silahı sınaqlarının cədvəlini verən hesabatda Cənubi Koreyanın paytaxtı Seulda böyük bir nüvə hücumu olarsa  nələrin baş verə biləcəyi ilə bağlı proqnozlar da qeyd olunub.

Ülkər Abdurahmanlı