-
- 16-01-2024, 17:00
- 188
Leyen Qərb tərəfdaşlarına Ukrayna üçün çağırış etdi
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Qərb tərəfdaşlarını Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya yardımı davam etdirməyə çağırıb.
News.24.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat verib.
"Biz onların müqavimətini gücləndirməkdə davam etməliyik. Ukraynalıların 2024-cü il və ondan sonrakı dövrdə proqnozlaşdırıla bilən maliyyəyə ehtiyacı var", - deyə Avropa Komissiyasının rəhbəri bildirib.
O qeyd edib ki, Ukrayna Rusiyanı məğlub edə bilər, lakin tərəfdaşlar onun müdafiə qabiliyyətini gücləndirməkdə davam etməlidirlər.
Mehriban Mirzəzadə