-
- 6-01-2024, 22:47
- 256
Avropa İttifaqı 2024-cü ili demokratiya ili ELAN ETDİ
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen 2024-cü ili demokratiya üçün əsas il hesab edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, onun sözlərindən TASS sitat gətirib.
AK rəhbəri xatırladıb ki, bu il ABŞ-da prezident və Avropa Parlamentinə seçkilər keçiriləcək. Onun sözlərinə görə, AK açıq, azad demokratiyaların üstünlük təşkil etməsi üçün hər şeyi edəcək.
Bundestaqda Xristian Sosial Birliyinin (CSU) dövlət qrupunun konfransında çıxışı zamanı o, həmçinin Avropa İttifaqını müdafiə qabiliyyətini gücləndirməyə çağırıb və vurğulayıb ki, Avropa müdafiəni əsas prioritet hesab etməlidir.