Bakıda sexdəki partlayışda ölənlərin sayı 9-a çatdı - VİDEO
    • 16-01-2024, 16:46
    • 129

Bakıda sexdəki partlayışda ölənlərin sayı 9-a çatdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb.

News24.az-ın xəbərinə görə, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.