"Müdafiə nazirinin günü toylarda keçir" - ERMƏNİ DEPUTAT
    • 16-01-2024, 18:25
    • 244

"Müdafiə nazirinin günü toylarda keçir" - ERMƏNİ DEPUTAT

“Müdafiə naziri Suren Papikyanın günü hərbi hissələrdə yox, toylarda keçir”. 

News24.az-ın məlumatına görə, bu fikirləri müxalif “Ermənistan” blokunun parlament təmsilçisi Qarnik Danielyan deyib.

Deputat bildirib ki, Papikyanın rəhbərlik etdiyi dövrdə Ermənistan ordusu tənəzzülə uğrayıb.  Q. Danielyan əsgərlər arasındakı ölüm hallarına da toxunub:

“Son günlər ərzində laqeyd yanaşma, pərakəndəlik və özbaşınalıq səbəbindən bir neçə gənc əsgər ölüb. Onların arasında intihar edənlər də var. Bu hallara baxmayaraq, heç bir məmur istefa vermək haqqında düşünmür. 6 ildir hakimiyyətdə olan rejim vəzifələrə yararsız insanları təyin edir”. 

Fərid Azəri