Güneyli jurnalist həbs edildi
    • 17-01-2024, 12:09
    • 113

Güneyli jurnalist həbs edildi

Yanvarın 15-də ərdəbilli jurnalist Sina Bəndəlizadə #təhlükəsizlik orqanları tərəfindən həbs olunub. 

News24.az xəbər verir ki, onun həbsi barədə hələlik dəqiq məlumat olmasa da, həbsinin Ərdəbil şəhərindəki vəziyyət və hökumətin səriştəsizliyi ilə bağlı tənqidi reportajlar hazırlaması ehtimal edilir. 

Qeyd olunub ki, Sina Bəndəlizadə daha öncə də “İnstagram” hesabında Xoy zəlzələsi, Germidə baş verən daşqın və Güney Azərbaycanın “Traktor” futbol komandası oyunları ilə bağlı reportajlar hazırlayıb.