-
- 17-01-2024, 20:00
- 279
Millinin sabiq oyunçusu iki dəfə çox pul istədi, transferindən imtina etdilər
«Araz-Naxçıvan» Rəhim Sadıxovun transferindən imtina edib.
News24.az sportinfo-ya istinadla xəbər verir ki, Millinin keçmiş yarımmüdafəçisinin tələbləri avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klub tərəfindən qəbul görməyib.
Belə ki, Moskva «Torpedo»sunun yetirməsi Muxtar Respublika təmsilçisindən aylıq 15 min dollar maaş istəyib. Region komandası isə ona cəmi 7000 dollar əməkhaqqı ödəməyə hazır olub.
Sadıxov «Zirə»yə məxsusdur və hazırkı klubuyla müqaviləsi iyunadək qüvvədədir.