TƏCİLİ! Başqırdlar ayağa qalxdı - Rusiya qarışdı
    • 17-01-2024, 23:07
    • 263

TƏCİLİ! Başqırdlar ayağa qalxdı - Rusiya qarışdı

Rusiyanın əhalisinin sayına görə ən böyük respublikası olan Başqırdıstanın Baymak bölgəsində bu gün səhər saatlarında etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verib və minlərlə insanın iştirakı ilə keçirilən nümayiş zamanı Rosqvardiya maşınları görünüb. 

News24.az xəbər verir ki, bu barədə Rusiya KİV-i hadisə şahidlərinin ifadələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Navalnıya dəstək nümayişlərindən sonra irimiqyaslı aksiyaya çevrilən etiraz aksiyası zamanı onlarla insan həbs edilib, bir çoxu döyülüb. Təhlükəsizlik qüvvələri etirazçıları döyərkən gözyaşardıcı qaz, qumbaraatan, qalxan və dəyənəklərdən istifadə edib.

Aksiya iştirakçıları Baymak rayon məhkəməsi qarşısına toplaşaraq yanvarın 17-də “milli ədavəti qızışdırmaq” ittihamı ilə 4 il azadlıqdan məhrum edilən fəal Fail Alsinovun azadlığa buraxılmasını tələb ediblər. İstintaq komitəsi Başqırdıstan rəhbəri Radir Xabirovun ifadəsi əsasında Alsinov barəsində iş açıb. /Yenisabah.az