Arda Gülər üçün son şans
    • Bu gün, 00:27
    • 99

Arda Gülər üçün son şans


“Real Madrid”də Arda Gülərlə bağlı qalmaqal davam edir. 19 yaşlı yarımmüdafiəçi əsas heyətdə çıxış etmədiyi üçün Ançelloti ilə ciddi gərginlik yaşamaqdadır.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, italiyalı baş məşqçi Ardanın taleyi ilə bağlı Türkiyə millisinin heyətində Uels və İslandiya ilə baş tutacaq matçlarından sonra yekun qərar verəcək. Əks təqdirdə, gənc ulduz digər Avropa klublarının birinə icarəyə verilə bilər.

Qeyd edək ki, Arda Gülər 4 liqa oyunun yalnız 1-də, “Valladolid”lə matçda start heyətdə yer alıb. Oyun “Real Madrid”in 3-0 hesabı ilə qələbəsi ilə yekunlaşıb.