Həbsxanalar doldu: Başqa ölkədən icarə götürəcəklər
    • Dünən, 23:36
    • 146

Həbsxanalar doldu: Başqa ölkədən icarə götürəcəklər

Estoniyanın cinayət nisbətlərinin aşağı olması səbəbindən həbsxanalarındakı ehtiyat tutumu başqa ölkələrə icarəyə verməyi təklif etdiyini açıqladıqdan sonra İngiltərə Ədliyyə Nazirliyinin bu variantı nəzərdən keçirdiyi bildirilib.

News24.az bu barədə Daily Telegraph qəzetinə istinadla xəbər verir.

Xəbərdə İngiltərə və Uelsdə məhkum olunmuş cinayətkarların, həbsxanaların yarısının boş olduğu Estoniyaya göndərilə biləcəyi, İngiltərənin bu ölkəyə 25 milyon sterlin dəstək verəcəyi qeyd edilib.

Estoniyanın ədliyyə naziri Liisa Pakosta Telegraph-a belə deyib: “Böyük Britaniya və Estoniyanın uğurlu beynəlxalq əməkdaşlıq tarixi var və belə tərəfdaşlıq bir-birindən faydalanmaq və öyrənmək üçün daha çox imkanlar yaradacaq”.

Məryəm İlhamqızı