Türkiyədə ilk 7 ayda 1652 terrorist zərərsizləşdirildi
    • Bu gün, 20:38
    • 41

Türkiyədə ilk 7 ayda 1652 terrorist zərərsizləşdirildi

Milli Müdafiə Nazirliyinin (MSB) Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında, Türkiyə Silahlı Qüvvələrinin (TSK) artan təzyiqlərlə hər cür təhdid və təhlükəyə qarşı mübarizəsini müdafiə və təhlükəsizlik strategiyası çərçivəsində davam etdirdiyini vurğulayıb. 

News24.az xəbər verir ki, əməliyyatlarla son bir həftədə 64 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayı, 796-sı İraqın şimalında, 856-sı isə Suriyanın şimalında olmaqla 1652-yə çatıb.

Terror yuvalarına tək-tək girməyə davam edən Türk Silahlı Qüvvələri İraqın şimalındakı Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçulara aid çoxlu sayda mağara-sığınacaq aşkarlayıb.

Aşkar edilmiş mağaralar-sığınacaqlar da daxil olmaqla, axtarış əməliyyatları zamanı əl istehsalı partlayıcılar, əl və snayper dürbünləri, radiolar, generatorlar, termal çətirlər, minaatanlar, reaktiv yaylım atəşi sistemləri, snayper sursatları və xilasetmə vasitələri ələ keçirilib.

Məryəm İlhamqızı