YouTube masaüstü brauzerlərdə açılmır
    • Dünən, 22:04
    • 40

YouTube masaüstü brauzerlərdə açılmır

Bəzi istifadəçilərin fikrincə, YouTube-un brauzer versiyası Rusiyada masaüstü kompüterlərdə açılmır. 

News24.az xəbər verir ki, problemi yalnız VPN xidmətləri və mobil brauzerlərdə videolara baxmaqla həll etmək olub.

Qeyd edək ki, Android-də YouTube mobil proqramı işləməyə davam edib. Bu arada, Sboy.RF xidmətinin məlumatına görə, günün əvvəlindən 5710 istifadəçi platformaya daxil olmaqda problem olduğunu bildirib.

Xidmətin məlumatına görə, ən çox şikayət Moskvadan (təxminən 21%), Sankt-Peterburqdan (8%), Krasnodar vilayəti və Sverdlovsk vilayətindən (hər biri 5%) gəlib.

Məryəm İlhamqızı