Müdafiə Naziri “Liatris Holding”i Fəxri Fərmanla TƏLTİF ETDİ
    • Bu gün, 15:21
    • 99

Müdafiə Naziri “Liatris Holding”i Fəxri Fərmanla TƏLTİF ETDİ

Müdafiə Naziri general-polkovnik Zakir Həsənov “Liatris Holding”i Fəxri Fərmanla təltif edib.

News24.az-ın məlumatına görə, Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənov Azərbaycanda mətbuat sahəsinin inkişaf etdirilməsində, Azərbaycan ordusunun yüksək səviyyədə təbliğ olunmasında, şəxsi heyətin hərbi vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində əldə edilmiş nailiyyətlərə görə "Liatris Holding" Fəxri Fərmanla təltif edib.

Fəaliyyətimizə verdiyi dəyər və diqqətinə görə "Liatris Holding"in rəhbərliyi və kollektivimiz adından Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənova təşəkkürümüzü bildiririk.