Yaponiyanın Baş naziri Baydenlə görüşə hazırlaşır
    • 18-01-2024, 10:44
    • 136

Yaponiyanın Baş naziri Baydenlə görüşə hazırlaşır

Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 10-da ABŞ-a gözlənilən səfəri zamanı Amerika prezidenti Co Baydenlə danışıqlar apara bilər.

News24.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi  məlumat yayıb .

Hazırda iki ölkə hökumətlərinin nümayəndələri bu görüşün keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Kişida sonuncu dəfə 2023-cü ilin yanvarında ABŞ-a səfər edib. 

Mehriban Mirzəzadə