Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu göndərir
    • 18-01-2024, 17:30
    • 180

Fransa Ukraynaya 12 "Sezar" özüyeriyən artilleriya qurğusu göndərir

Fransa Ukraynaya əlavə 12 "Sezar" özüyeriyən artilleriya qurğusunun (SPQ) tədarükünü maliyyələşdirmək niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə AFP agentliyi əlumat yayıb.

Agentlik qeyd edir ki, bu məqsədlər üçün 50 milyon avro ayrılacaq.AFP dəqiqləşdirməyib ki, söhbət Fransada yeni haubitsaların istehsalından, yoxsa onların sonradan Kiyevə çatdırılması üçün başqa ölkələrdən alınmasından gedir. 

Qeyd edək ki, ümumilikdə, 2022-ci ilin fevral ayından Fransa Ukraynaya 30 Sezar özüyeriyən silah göndərib.

Mehriban Mirzəzadə