Moskvada özbək diasporunun sədri saxlanılıb
    • 19-01-2024, 07:28
    • 244

Moskvada özbək diasporunun sədri saxlanılıb


Rusiyada özbək diasporunun sədri saxlanılıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə "VÇK-OQPU" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Moskvada “Vətəndoş” regionlararası özbək icmasının prezidenti Usman Baratov saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsi Baratov barəsində ona qarşı Cinayət Məcəlləsinin 282-ci (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması) maddəsi ilə cinayət işi açıb.

İstintaqın fikrincə, 2023-cü ilin dekabrında Baratov sosial şəbəkələrdə bir sıra paylaşımlar dərc edib və bu, cinayət işinin başlanmasına səbəb olub.