Bakıda çay evində dava – Xəsarət alanlar var
    • 21-06-2023, 10:03
    • 181

Bakıda çay evində dava – Xəsarət alanlar var

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində yerləşən “Naxış” çay evində baş verib.

Çay evinin icarədarı Hüseyn Baratov həmin obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayev aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Hüseyn Baratov bıçaqla hər iki müştəriyə xəsarət yetirib.

Faktla əlaqədar cinayət işi başlanıb.