Gəncədə məktəbli qız dərsdən sonra YOXA ÇIXDI
    • 19-01-2024, 10:18
    • 326

Gəncədə məktəbli qız dərsdən sonra YOXA ÇIXDI

Gəncədə qız itkin düşüb.

News24.az-ın məlumatına görə, şəhərin Zərrabi küçəsində yaşayan 14 yaşlı N. Nurullayeva təhsil aldığı 27 saylı məktəbdən çıxaraq naməlum istiqamətdə gedib.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.