İran genişmiqyaslı hərbi təlimlərə başladı
    • 19-01-2024, 11:00
    • 132

İran genişmiqyaslı hərbi təlimlərə başladı

İran ölkənin cənub-qərbindən cənub-şərqinə qədər uzanan ərazidə genişmiqyaslı hərbi təlimlər keçirib.

News24.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd edək ki, “Modafean Aseman Velayat 1402” kod adlı təlimdə İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun hava, dəniz və quru qüvvələrinin ayrı-ayrı bölmələri iştirak edib.

Təlimin dəniz hissəsi sahil xəttindən 400 km radiusda cənub sularında baş tutub.

Xatırladaq ki, təlim zamanı pilotlu və pilotsuz uçuş aparatları ilə kəşfiyyat əməliyyatları həyata keçirilib, düşmənin PUA-larının müəyyən edilməsi, izlənməsi və onlarla mübarizə üçün taktiki və müdafiə tədbirləri həyata keçirilib.

Mehriban Mirzəzadə