Ərdoğan ilk dəfə Adnan Oktar barəsində danışdı: "Qonşum idi, əxlaqsızın biridir"
    • 30-07-2018, 16:26
    • 1 348

Ərdoğan ilk dəfə Adnan Oktar barəsində danışdı: "Qonşum idi, əxlaqsızın biridir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə olaraq həbs edilmiş saxta ilahiyatçı Adnan Oktar barəsində fikir bildirib.

News24.az-ın əldə etdiyi məlumata görə, Ərdoğan müxbirllərin Adnan Oktarın həbs olunması barədə suallarına bu cür cavab verib : "Üsküdarda yaşayanda qonşum idi. Şəxsən tanımıram. Əxlaqsız adamdır. Ədəbi yerində deyil. Çox əxlaqsız bir tip idi. Əxlaqi cəhətdən çox zəifliyi olan biri olduğunu eşitmişdim" ifadələrini işlədib. 

Daha sonra dövlət başçısı əlavə edib. " Sizlərin ona təslim etdiyiniz  gəncləri, uşaqları alıb, oinları öz istədiyi kimi yetişdirir, sistemin içinə salıb.Türkiyəni ələ keçirmək əməliyyatları həyata keçirirdi"

İlhamə